
Azərbaycanın Qazaxıstandakı səfirliyi diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama yayıb.
Bu barədə səfirliyin “Twitter” hesabında məlumat yerləşdirilib.
“Hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin inzibati binası (Nur-Sultan şəhəri) və Almatı şəhərindəki ofisi Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə qorunur”, – deyə məlumatda qeyd edilir.
