Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza yenidən müraciət edib – FOTO

0
242

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Müraciət səfirliyin “Twitter” hesabında dərc edilib.

Müraciətdə deyilir:

“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.

Bu səbəbdən xatırladırıq ki, Səfirliyin [email protected] elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”.

Qeyd edək ki, yanvarın 5-i səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə etmişdi.