Azərbaycanın Peyvənd Sertifikatını Avropada oxuya bilmirlər: Hökumət hərəkətə keçdi

0
303

Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınmır və oxunmur. Bu isə Peyvənd Sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropda qapalı məkanlara daxil olmasını əngəlləyir. Çünki bizim vaksin sənədində olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Hətta “Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər.  Azərbaycanda bu məlumatların Avropa Birliyinin elektron sisteminə inteqrasiyası ilə bağlı tədbir görülürür? Bu istiqamətdə işlər nə yerdədir?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən  bildirilib ki, Azərbaycan Nazirlər Kabinetinin (hökumətinin) müvafiq Sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb:
“İşçi Qrupun təklifləri əsasında Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar”ı qəbul olunub.

Bu Qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib.  

Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq”.