Azərbaycanın Müstəqillik günü Türkiyədə böyük coşğu ilə qeyd olunacaq

0
632

Oktyabrın 4-də Ankara şəhərində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli mərasim təşkil ediləcək.

Ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbir Gökyay İdman və Mədəniyyət Vəqfində keçiriləcək. Əvvəlcə, səfirliyimiz tərəfindən Bakıda xüsusi dizaynla düzəldilmiş Şahmat taxtası vəqfə təqdim olunacaq. Sonra mərasimin rəsmi hissəsi və şahmat turnirinə başlanılacaq.