
“Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda yaxın gələcəkdə Ticarət Nümayəndəliyi yaradılacaq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, – deyə o, qeyd edib