Azərbaycanın inkişafı buna cavab verir – Ziyafət Əsgərov

0
545

“2012-ci ildə Avrovision Mahnı Müsabiqəsi, sonra Avropa Oyunları və digər tədbirlər keçiriləndə Azərbaycanın imicinə, apardığı siyasətə kölgə salmağa çalışıblar”.

Bunu bu gün Milli Məclisin plenar iclasında vitse-spiker Ziyafət Əsgərov söyləyib.

Z. Əsgəov deyib ki, Azərbaycanın inkişafı buna cavab verib və verəcək:

“Siyavuş Novruzov da çıxışında dedi ki, necə olur Azərbaycana təyyarələr gələndə havada problem olur. Həqiqətən də bu, yersiz arqumentdir. Belə hallar gələcəkdə olacaq, ancaq karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Xalqımızla Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Burada heç bir narahatçılığa ehtiyac yoxdur”.

Vitse-spiker bildirib ki, Böyük Britanyianın qalmaqallı bəyanatından sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Azərbaycanda hər şeyin qaydasında olduğunu deyib:

“Xarici işlər naziri bir söz, səfiri başqa bir söz deyir. Beynəlxalq hüquq işləsəydi, hamı yerində oturdulsaydı, belə hallar olmazdı. Necə olur ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul edib, hələ də icra olunmur. İndi bunlar açıq deyə bilmirlər ki, “Azərbaycan, sən islam ölkəsi olduğun üçün inkişaf etməyini istəmirik. Hamı çəkici bir yerə vurmalıdır. Heydər Əliyev həmişə deyirdi ki, müstəqilliyi elan etmək asan, onu qorumaq çətindir”. Bu kimi məsələlərə hər zaman münasibətimizi bildirməliyik”.