Yelkən idmanı üzrə yeniyetmələr arasında Türkiyənin Bodrum şəhərində keçirilən beynəlxalq yarışda Azərbaycanın iki idmançısı medal qazanıb.
Azərbaycan, Türkiyə, Rusiya və Ukrayna yelkənçilərinin iştirakı ilə üç gün ərzində səkkiz yarış keçirilib.
Ayla Babayeva qadınlar qrupunda birinci, Murad İsmayıl kiçik yaş qrupunda ikinci yerə layiq görülüb.
Qeyd edək ki, bu yarış martda Türkiyədə təşkil olunacaq beynəlxalq yarışlara və İtaliyanın Qarda gölündə keçiriləcək dünya çempionatına, Portuqaliyada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyırdı.