Ev Cəmiyyət Azərbaycanın daha bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı – RƏSMİ

Azərbaycanın daha bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı – RƏSMİ

0
442

Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirir. Mart ayının 27-si səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırıb.

Bundan başqa RPŞ-nin əməkdaşları rayonun küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar. Yaşı 65-dən yuxarı olan şəxslərlə də profilaktik söhbətlər aparıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.