Azərbaycanın bu qonşusundan da xəbər gəldi: COVİD ölkəni bürüyür

0
100

Rusiyada son bir həftədə COVID-19-a yoluxma hallarının sayı 28,2% artıb.

Bu barədə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahı bildirib.

“Son bir həftədə əhalinin hər 100 min nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 5,43 olub və əvvəlki həftə ilə müqayisədə 28,2% artıb”, – deyə məlumatda bildirilir.

Rusiya Federasiyasının 58 təsis qurumunda, o cümlədən 14 regionda yoluxma sayında artım müşahidə olunur. Son bir həftə ərzində ümumilikdə 886 nəfər infeksiya ilə xəstəxanaya yerləşdirilib. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 0,6% azdır.

Operativ Qərargah onu da qeyd edib ki, 29 rayonda xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. 14 rayonda bu göstərici ölkə üzrə orta göstəricini üstələyir.

Eyni zamanda son bir həftə ərzində 7 785 nəfər sağalıb. Bu, ötən həftə ilə müqayisədə 7,5% çoxdur.

Qeyd edək ki, yenidən yayılmış virus nəticəsində 10 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Türkiyədə də koronovirusa yoluxanların sayının sürətlə artdığı bildirilir.