Azərbaycanın bəzi əraziləri işıqsız qalıb

0
301

Daşkəsən rayonu və Gəncənin bir hissəsinə elektrik enerjisinin verilişində problem yaranıb. 

Daşkəsən rayonu və 49 yaşayış məntəqəsi işıqsız qalıb. 

Eyni vəziyyət Gəncənin Yeni Gəncə yaşayış məntəqəsində də yaşanır. 

Məlumatlara görə, gecə saatlarından etibarən adı çəkilən ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hadisənin səbəbləri məlum deyil. 

Qeyd edək ki, gecə saatlarında Qax rayonunda da analoji problem yaşanıb. Bu gün səhər saatlarında Qaxın bir hissəsinə elektrik enerjisinin verilişi bərpa olunub.