Azərbaycanın Avropa İttifaqı ölkələri üzrə ixrac və idxal dəyəri – SİYAHI

0
487

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ən çox ticarət dövriyyəsinə sahib ölkə İtaliyadır.

Dövlət Gömrük Komitəsindən məlumata əsasən, Azərbaycandan İtaliyaya 3 milyard 115,6 milyon dollar dəyərində məhsul ixrac, ölkədən Azərbaycana 303,5 milyon dollar dəyərində məhsul idxal edilib.

Ticarət dövriyyəsinə görə İtaliyadan sonra Almaniya gəlir ki, Azərbaycandan ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 211,9 milyon dollar, ölkədən ixdal olunan məhsulların dəyəri isə 414,9 milyon dollar olub.

Həmçinin, Yunanıstana ixrac edilən məhsulların ümumi dəyəri 428,7 milyon dollar, ölkədən ixdal olunan məhsulların dəyəri isə 10,1 milyon ABŞ dolları təşkil edib.

Xorvatiyaya ixrac edilən məhsulların dəyəri 368,5 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 2 milyon dollara yaxın olub.

İspaniyaya 275,9 milyon dollar dəyərində ixrac, ölkədən Azərbaycana 65,2 milyon dollar dəyərində idxal həyata keçirilib.

Çexiyaya ixrac edilən məhsulların dəyəri 192,1 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 37 milyon dollara yaxın olub.

Eyni zamanda, Azərbaycandan Portuqaliyaya 130,8 milyon dollar həcmində məhsul ixrac, ölkədən Azərbaycana 8,5 milyon dollar dəyərində məhsul ixdal edilib.

Eləcə də, Avstriyaya ixrac edilən məhsulun dəyəri 104,1 milyon dollar, idxalın dəyəri isə 49,5 milyon dollar olub.

Qrafikdə digər Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi əks olunub: