Azərbaycanın alacağı koronavirus peyvəndi ilə bağlı RƏSMİ AÇIQLAMA

0
335

“Ölkələrin peyvənd satın alması üçün ÜST-ün təsdiqinə ehtiyacları yoxdur”.

Bunu virtual mətbuat konfransında ÜST-ün  Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O bildirib ki, yeni çıxan vaksinlərlə bağlı təsdiq prosesindən keçmiş bir peyvənd yoxdur:

“Hazırda hər şey yenidir. ÜST yaxın zamanda təcili vəziyyət üçün vaksinlərin satın alınması və istifadəsi üçün lazımi tövsiyələrini açıqlayacaq. bunu izləyə bilirsiniz”.

“Azərbaycana hansı vaksin gəlirsə-gəlsin,biz onların ümumi olaraq faydalı olacağını düşünürük”, – deyə o qeyd edib.