Azərbaycanın 2020-ci ildə siyasi uğurları – VİDEO

0
317
Azerbaijan flag on the Flaming Tower. The Flaing Tower compreised of 3 towers, as offices and a luxurious hotel. It stands out from the old town of Baku from this angle.

2020-ci il XXI əsrin siyasi baxımdan ən ağrılı və çətin illərindən biri kimi yadda qaldı. Lakin Azərbaycan üçün siyasi baxımdan bu il Dağlıq Qarabağ probleminin həllini tapması, ərazi bütövlüyümüzün təmin olunması ilə tarixə düşdü.

Bu il ölkəmizin beynəlxalq miqyasda təbliği istiqamətində də, bir sıra vacib addımlar atıldı. Azərbaycan prezidentinin təşəbbüsü ilə 2020-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-a qarşı mübarizə ilə bağlı xüsusi sessiyası təşkil olundu. Onun ardınca Qoşulmama hərəkatının sədri kimi ölkəmizin təşəbbüsü ilə onlayn konfrans keçirildi. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi iclasının çağırılması isə Azərbaycanın dünya siyasi arenasındakı nüfuzunun bariz nümunəsi kimi tarixə həkk oldu. 

Qeyd etmək lazımdır ki, Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə siyasi və diplomatik sahədə uğurlu fəaliyyətin nəticəsi olaraq, bölgədə yeni geosiyasi reallıqlar formalaşdırdı.

Prezident İlham Əliyevin dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələr və Azərbaycan həqiqətlərini dünyaya çatdırması 2020-ci ilin ən böyük siyasi uğurlarından biri kimi yadda qaldı. Bu il ölkənin xarici siyasət idarəsinin rəhbərliyində baş verən dəyişiklik və yeni nazirin müharibə öncəsi bir sıra ölkələrə səfərlər etməsi diplomatik sferadakı uğurlarımızı davam etdirdi. 

Hər nə qədər xəstəliklə, müxtəlif bəlalarla yadda qalsa da, 2020-ci il Azərbaycan üçün düşərli oldu. Azərbaycan xalqı öz düşmənlərini məğlub etməklə, onların dünyada yayılan sarsaq imicinə ağır zərbə vurdu.

Bu, Azərbaycan xalqının, ordusunun, Ali Baş Komandanının böyük uğurudur və bu uğur tariximizə qızıl hərflərlə yazıldı.