Azərbaycanın ən böyük arı təsərrüfatı təhlükədə – VİDEO

0
384

Astara ölkə üzrə ən çox arı təsərrüfatı olan rayonlardan biridir.

Rayonun Burzubənd kənd sakini Camal Baxşıyevin 25 ildir ki, arı təsərrüfatı var.

Bu illər ərzində o, saxladığı arı ailələrinin sayını 19-a çatdıra bilsə də, son vaxtlar naməlum səbəbdən onların yarısından çoxu tələf olub.

Təsərrüfatçı deyir ki, arı ailələri təbii şəkildə meşələrdəki cökə və xurma ağaclarından qidalanıblar. Buna görə də arıların əlavə yemə ehtiyacları olmayıb. Arıların zəhərlənərək ölməsi ehtimal edilir. Arıların öldüyü pətəklərdə hazırda bal var, amma onlar istifadəyə yararsızdır.

Arı ailələrinin kütləvi şəkildə qırılması nəticəsində təsərrüfat sahibinə 6000 manata yaxın maddi zərər dəyib.

Qalan arılarda isə heç bir problem yoxdur. Belə bir tələfatın baş verməsi kəndin digər arıçılarını da müəyyən qədər narahat edir.

Ətraflı reportajı təqdim edirik: