Azərbaycanımızın intellektual və sosial aktivist gənci

0
963

Zəmanəmizdə İnternet, İKT, sosial şəbəkələr, o cümlədən mobil rabitə və smartfonlar ildırım sürəti ilə bütün dünyada yaşayan insanların həyatını, dünyagörüşünü, yaşam tərzini, hətta estetik-etik düşüncəsini dəyişdiyi artıq heç kimə sirr deyil. Sürətlə yenilənən informativ-kommunikativ inkişafdan – texnoloji imkanlardan yararalanan bir sıra xarici qüvvələr maraqlarında olan hansısa bir cəmiyyəti, hətta ayrıca xalqı idarə etmək üçün hər gün yeni qlobal təsir alətləri, innovatsiya və kreativlik adı altında ictimai şüura ciddi təsir göstərən formatlardan bəhrələnərək istədikləri ölkədə gizli, ya da açıq layihələr həyata keçirirlər. Bu zaman hər bir cəmiyyətin intellektual səviyyəsi, milli-mental dəyərləri, etik-mənənəvi dünyası, təhsil və elmi potensialı xüsusi nəzərə alınır, təsir alətlərinin kəskinliyini azaldıb-artırmaqla cəmiyyətdə olan ümumi ictimai-sosial, əxlaqi-psixoz durumu idarə edirlər. İctimai-sosial, iqtisadi-siyasi, mədəni-dini ideologiyalara xidmət edən bu yeni qlobal nüfuz alətlərinə maraqlı terminlər – adlar da qoyurlar: liberal dəyərlər, gender bərabərliyi, feminizm, ailədaxili zorrakılıq, orta cinslərin haqlarının tanınması və s.

İnternet və sosial şəbəkələrin son dəbdə olan alətləri trendlər, habelə memlərə baxanda diqqətimizi cəlb edən əsas məsələ onlarda millətmizin altşüuruna mənfi təsir edən gizli reklamlar, ideoloji-psixoloji həmlələr, siyasi-dini, mədəni-mənəvi təzyiq vasitələrinin təliğatlarıdır ki, bu da xalqımızın əsrlər boyu oturuşmuş dəyərlərinə qarşı vasitələrdə çevrilir. Milli ailə institutlarımızın dağıdılması, mental dəyərlərin aşağılanması, müxtəlif nəsillər arasındakı mənəvi-əxlaqi bağların qırılması, qadın – kişi münasibətlərinə xələl gətirən “dəbli trendlər”  istifadə edirlər.

TV-lərdə cəmiyyətə sığışdırılan, İnternet veyl-veyl hərlənən, sosial şəbəkələrin boşanmış, liberal-dağıdıcı düşüncəli “mənfi-dəbli” qəhrəmanlarına rəğmən,  bu materiallımızda maraqlı bir gənc haqqında oxucularımıza məlumat verməklə belə dəyərli intellektual şəxslərin çoxluq təşkil etməsinə baxmayaraq, xüsusi olaraq arxa plana salınmasının gerçək sirlərini açmaq istəyirəm. Əsl milli Azərbaycan gənci olaraq orta və ali təhsilini uğurla başa vuran, dünyanın bir neçə aparıcı dilində sərbəst ünsiyyət qurmağı bacaran, əvvəlcə Rusiyada, sonra isə Azərbaycanda özünə normal kreativ biznes quraraq uğurlar qazanan, ən əsası da mərhəmət sahibi olaraq, nəinki özünün 4 övladının əsl vətəndaş kimi yetişdirən, həm də İNK ailəsinə qoşularaq əsl ictimai fəal olaraq cəmiyyətimizin xeyrinə fəaliyyət göstərən Ramal Əliyev simasında XXI əsrin milli cavanının obrazını yeni nəslin nümayəndələri üçün yaratmaq, düşünürəm, vacib məsələlərdəndir!

Sadə xasiyyətli, mənəvi cəhətdən zəngin, əxlaqlı sadə Azərbaycan gəncidir: hər valideynin arzuladığı cavan, cəmiyyətə gərəkli işlər görən, indilərdə 4 övladın atası olan Ramal Əhədulla oğlu Əliyev 1982-ci ilin iyulun 4-də ölkəmizin dilbər bölgələrindən hesab olunan Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində dünyaya göz açıb. İlk təhsilini Həbib Bağırov adına  qəsəbə orta məktəbdə alıb, 1999-cu ildə Bakı Avrasiya  Universitetinin ( o zaman Ali Diplomatiya Kolleci adlanırdı) beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 2003-cu ildə oranı uğurla bitirmiş, bakalavr dərəcəsini aldıqdan sonra Odlar Yurdu Universitetinin hüquq fakültəsində magistr olaraq təhsilini davam etdirmişdir. 2005-ci ildə akademik məzüniyyət göturərək Dövlət Sərhəd Xidmətinin Sahil Muhafizəsində həqiqi hərbi xidmətə yollanmisdir. 2007-ci ildə hərbi xidmətini başa vurduqdan sonra magistratura təhsilini davam etdirmişdir. Bir sıra təşkilatların mükafatları, diplomları, eləcə də Ədliyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunan qəhrəmanımızın həyatda devizi budur: “İnkişaf etmiş vətən, intellektual cəmiyyət, sağlam milli ailə və kreativ fərd!”

2008-ci ildə magistratura təhsilini uğurla başa vurduqdan sonra Rusiyanin Surqut şəhərinə yollanmış, orada əmək fəaliyyətinə başlamışdı: “Surqutprod” və “Suzan” şirkətlərində müxtəlif vəzifələrdə çalışmış, sonra özünün şəxsi biznesini qurmuş, 5 ilə yaxın fəaliyyət göstərmişdir. Daha sonra doğma elə məhəbbəti onu birdəfəlik vətəninə qayıtarmış, paytaxt Bakıda öz fərdi biznesini yaratmış, paralel olaraq ictimai işlərdə fəallıq göstərməyə başlamışdır…

Tələbəlik illərində aktiv ictimai fəal kimi tanınan R.Əliyev paralel olaraq idmanın karate növü ilə də ciddi məşğul olmuş və respublika səviyyəsində müxtəlif yarışların əsas mükafatlarına layiq görülüb. Hələ gənc yaşlarında bədii yaradıcılığa meyl göstərən bu istedadlı gənc yazdığı lirik şeirlərlə dövri mətbuat səhifələrində vaxtaşırı çap olunmağa başlayıb.

Ramal hələ tələbəykən Yeni Yazarlar və Sənətçilər İB-nin Xarici əlaqələr şöbəsinin müdüri kimi mədəniyyət, ədəbiyyat, incəsənətlə bağlı çoxsaylı tədbirlərin təşkilində birbaşa iştirak etmisdir. YYSİB-nin təşkilatçılığı ilə 11 dəfə keçirilən Bakı Kitab Bayramlarının əlaqələndiricisi kimi ictimai-mədəni aktivist kimi özünü püxtələşdirmiş yazımızın qəhrəmanı hazırda İctimai Nəzarət Koalisiyası və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin ən fəal üzvlərindən biri kimi də tanınır. İNK, DAMMİB, və İdarə Heyətinin üzvü olduğu YYSİB kimi təşkilatların sıralarında peşəkarlaşmış ictimai aktivist olaraq respublikamızın aparıcı televiziya kanallarında analitik ekspert kimi də ardıcıl olaraq çıxışlar edir, cəmiyyətimizin maariflənməsində, xüsusən də ilahiyyat elminin və İslam bilgilərinin gənclərə çatdırılmasında xüsusi xidmətləri vardır…

Həm Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində Ramal Əliyev və dostları, eləcə də İNK ailəsinin üzvləri xeyriyyəçiliklə məşğul olur, cəmiyyətimiz qarşısındakı problemləri adlamaqda insanlarımıza yardımçı olmağa çalışırlar. Təhsil, elm, mənəviyyat, din, əxlaq, səhiyyə, sosiallaşma, ictimailəşmə, xalqa yardım etmək baxımından İNK ailəsi Ramal Əliyev kimi ictimai aktivistləri üzə çıxarmaq istiqamətində əsl meydan sayıla bilər. Ramal kimi sağlam gənclərimizin, sözün hər mənasında zəmanəmizin işgüzar cavanlarımızın sayı durmadan artır ki, bu da bizi sevindirməyə bilməz.

Baxın, Azərbaycanımız məhz belə istedadlı, bacarıqlı, intellektual cavanlarımızla gələcəyə addımlamalı, dünyada özümüzə layiq yerimizi tutmağı bacarmalıyıq. Biz İNK ailəsi olaraq bu istiqamətdə Ramal Əliyevin simasında 55 milyonluq dünya Azərbaycanlılarının yeni nəsil nümayəndələrinə ictimai-sosial çağırışlar edirik: Vətən sənsən, ölkəmizi gələcəyə aparmaq üçün durmadan oxu, çalış, kreativlik nümayiş etdir!

                                                                           Aydın Xan Əbilov,

                                                  İNK və DAMMİB baş katibi, SİMİB sədrinin müavini,

                                               YYSİB sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq