Azərbaycandan turist axını 23% artıb

0
134

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artaraq 493,1 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6%, Türkiyəyə gedənlərin sayı 5,5% artıb, İrana gedənlərin sayı isə 26,5% azalıb. Ölkə vətəndaşlarının 38,9%-i Türkiyəyə, 24,1%-i Rusiyaya, 9,4%-i Gürcüstana, 7,8%-i İrana, 19,8%-i digər ölkələrə səfər ediblər. Gedənlərin 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil ediblər.

2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 29,5%-i dəmir yolu və avtomobil, 67,8%-i hava, 2,7%-i isə dəniz nəqliyyatından istifadə edib.