Azərbaycandan keçən nəqliyyat dəhlizi ilə daşınmalar iki-üç dəfə artıb

0
147

Bu ilin birinci rübündə Şimal-Cənub multimodal nəqliyyat dəhlizinin üç istiqaməti üzrə dəmir yolu ilə yüklərin daşınması 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə artıb.

Bu barədə “Rusiya Dəmir Yolları” QSC-nin baş direktorunun birinci müavini Sergey Pavlovun “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf – 2023” konfransında təqdim olunan materiallarında deyilir.

Bildirilir ki, göstərilən dövr ərzində dəhlizin Qərb marşrutu ilə 2,2 milyon ton (100%-lik artım), Transxəzər marşrutu ilə – 74,7 min ton (üç dəfə artım), Şərq marşrutu ilə – 234,8 min ton (iki dəfə artım) yük daşınıb.

Qeyd edək ki, dəhlizin qərb marşrutu avtomobil nəqliyyatından və dəmir yolundan istifadə etməklə Azərbaycan və İrandan, Transxəzər marşrutu Xəzər dənizinin potensialından istifadə etməklə İran limanlarından, Şərq marşrutu isə Qazaxıstan, Türkmənistan və İrandan keçir.