Azərbaycanda zəlzələ oldu – YENİLƏNİB

0
367

Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ episentrdə üç bala qədər hiss olunub.

00:40

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

Yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib.

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.