Bərdədə zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla səhər saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə, Bərdə ərazisində 3.2 maqnituda qeydə alınıb. Zəlzələ ocağı 24 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.