Azərbaycanda yüksək vəzifəli məmur koronavirusdan öldü – FOTO

0
412

Azərbaycanda icra başçısının müavini koronovirus infeksiyasından vəfat edib.

Bunu Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev bildirib.

O qeyd edib ki, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev bu gecə saat 01:45-də ölüb:

“Onun koronavirusla yanaşı, şəkərli diabet və hipertoniya xəstəliyi olub”.

Həkim qeyd edib ki, mərhumun həyat yoldaşı Əliyeva Arzu Şirin qızı və oğlunun vəziyyəti qənaətbəxşdir:

“Hazırda xəstəxanada müalicələri davam etdirilir”.