Azərbaycanda yoluxanların sayı artsa da, karantin rejimi niyə yumşaldılıb? – Rəsmi cavab

0
468

Əvvəlki yaşayış tərzimizə, gündəlik vərdişlərimizə qayıdacağımız barədə qətiyyən düşünməməliyik”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Beynəlxalq təcrübə, son dövrlər digər ölkələrdə görülən tədbirlər, aparılan elmi-tibbi təhlillər onu deməyə əsas verir ki, bu infeksiya bizimlə uzun müddət yaşayacaq. Amma, biz sərt karantin rejimində uzun müddət yaşaya bilmərik. Bir sıra psixoloji və digər faktorlar bizim bu vəziyyətdən tədricən çıxmağımızı şərtləndirir. Bütün görüləcək tədbirlərə baxmayaraq virus bizim aramızda qalmağa davam edəcəkdir. Biz virusla birgə yaşamağa öyrəşməliyik. Virusun radikal eliminasiya metodu vaksinasiyadır. Yaxın bir il ərzində vaksinin əldə olunması gözlənilmir. Dünyada insanların istər sosial, istər iqtisadi həyatında çox ciddi dəyişikliklər baş veribdir və proses hələ də davam etməkdədir.

O bildirib ki, bütün sosial, iqtisadi, psixoloji amillər bütün dünyada yeni qaydalara əsasən yaşamağa öyrəşməyi deməyə vadar edir

Xəstəliyin törədicisi bizim aramızdadır və yaxın zamanda da bizi tərk etməyəcək. Bu sürətlə yayıla bilən xəstəlikdir. Xəstəliyi həddindən artıq ağır keçirənlər vardır. Bundan sonrakı həyat devizimiz “kontrollu sosial həyat” devizi olmalıdır”.