Azərbaycanda yeni su anbarları inşa ediləcək – RƏSMİ

0
431

“Azərbaycanda yeni su anbarının tikilməsi nəzərdə tutulub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və tikilməsi nəzərdə tutulub:

“Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyində olan – Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay üzərində yeni su anbarları inşa ediləcək”.

O qeyd edib ki, eyni zamanda, Kiçik Qafqaz dağlarının ətəyində olan iki çay üzərində də su anbarları inşa ediləcək:

“Su anbarlarının texniki-iqtisadi əsasları hazırlanır. Yaxın illərdə bu anbarların tikintisinə başlanılacaq”.