Azərbaycanda yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşib

0
531
Azərbaycanda yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşib.
Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Belə ki, Mənzil Məcəlləsinə yeni 146.4-cü maddə əlavə edilib. Yeni maddəyə əsasən, Dövlət Mənzil Fondunun bu məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
Qeyd edək ki, Məcəllənin 146.1-ci maddəsi belədir:  Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.