Bu gün dünya katolikləri Milad bayramını qeyd edir.
Bu münasibətlə dünən axşamdan başlayaraq Bakıda yerləşən Müqəddəs Məryəm katolik kilsəsində dua ayinləri icra edilib.
Davam edən pandemiya şəraiti ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarına əsasən, dini ibadətgahlarda 50 nəfərdən artıq şəxsin eyni zamanda ibadət etməsinə icazə verilmədiyindən, mərasim bir neçə dəfə keçirilib.
Daha sonra bir qrup icma nümayəndəsi bayram proqramı ilə çıxış edib.
Dini mərasimdən fotoreportajı təqdim edirik: