Azərbaycanda xərçəng xəstələrinin sayı artır RƏSMİ

0
323

Bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır. 2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli deyib.

Onun sözlərinə görə, ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595 nəfər birincili onkoloji xəstə kimi düşüb.

“Lakin burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Xərçəng xəstəliklərinin sayı demək olar ki, ölkə əhalisinin sayı ilə paralel artır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Müvafiq göstəriciləri qonşu ölkələrin statistik məlumatları ilə müqayisə etsək, deyə bilərik ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil”, – deyə o qeyd edib.