Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.
Hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewo”, “Tayota Prado” və “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər – Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə – Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.
Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm xəstəxanasının baş həkimidir. Faktla bağlı araşdırma aparılır