İmişli rayonunda azyaşlı qızlara pornoqrafik videolar göstərən şəxsə cinayət işi açılıb.
Hadisə bu ilin aprel-mart aylarında baş verib.
Rayonun kəndlərindən birində yaşayan 1991-ci il təvəllüdlü Zaur İbişov (şərti) işlədiyi mağazaya alış-verişə gələn 2011-ci və 2013-cü il təvəllüdlü qızlara pornoqrafik videolar göstərib və onlara qarşı digər əxlaqsız hərəkətlər edib.
Övladlarını daim ərzaq almaq məqsədilə mağazaya göndərən azyaşlıların valideynləri məsələdən xəbər tutduqdan sonra polisə müraciət ediblər və 31 yaşlı Zaur məsuliyyətə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, Z.İbişov ailəlidir və iki azyaşlı övladı var.
Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar bir neçə gün əvvəl İmişli Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Z.İbişova 2 il müddətinə islah işləri cəzası verilib.