Azərbaycanda universitet kitabxanasında yanğın olub

0
209

Gəncə şəhərində ali məktəbin kitabxanasında yanğın olub.

yanğın Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində binanın zirzəmisində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:45-də söndürülüb.

Yanğının başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.