Azərbaycanda tikinti şirkətinin rəhbəri cərimələndi

0
426

Nərimanov Rayon Məhkəməsi “Tvins-Art” MMC-nin direktoru Əkrəm Quliyevin inzibati qaydada cərimə edilməsi barədə qərar çıxarıb.

O, icra məmurunun tələbini yerinə yetirmədiyinə görə, 1 200 manat məbləğində cərimə edilib.

Ə.Quliyev İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərarından borclu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Tvins-Art” MMC tikinti şirkətidir.