Azərbaycanda tibbi maska pulsuz paylana bilər – RƏSMİ AÇIQLAMA

0
368

“Azərbaycanda yoluxmanın vəziyyətindən asılı olaraq maska pulsuz paylana bilər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda iki müəssisədə maksimum maska istehsalı 500 mindir:

“Hələlik bu həcmdə maska istehsal olunmur. Gələcəkdə maskaların qiymətlərinin aşağı salınmasına baxıla bilər. Bu, istehsalın gücündən, vəziyyətdən, nisbətdən asılıdır”.

O qeyd edib ki, Azərbaycana idxal olunan maskaların qiyməti apteklərdəki satış qiymətindən daha bahadır:

“Fərqi Azərbaycan dövləti ödəyir ki, qiymət 30 qəpikdən baha olmasın”.