Azərbaycanda taxıl sahələrində başlayan yanğın təbiət qoruğuna adladı

0
598

Güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib

 Bu gün günorta saatlarında Oğuz rayonunun Söyüdlü, Qarabulaq və Kirovka kəndləri yaxınlığında biçilmiş taxıl sahələrində baş vermiş yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, nazirliyin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən yanğın axşam saat 17 radələrində söndürülüb.

Sumqayıtda, İnşaatçılar qəsəbəsində baş verən yanğın
“Yanğın zamanı meşə fonduna aid 8 hektar ərazidə quru ot örtüyü və qaratikan, yemişan kolları yanıb. Eyni zamanda bu gün Oğuzun Astraxanovka kəndi yaxınlığında da yanğın hadisəsi qeydə alınıb. Burada da yanğına səbəb biçənək sahəsinə od vurulması olub. ETSN-in əməkdaşlarının və FHN-in yanğınsöndürənlərinin ciddi cəhdlərinə baxmayaraq, güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 3 hektara yaxın quru ot örtüyü yanıb”, – jurnalistilərə açıqlamasında ETSN-in mətbuat katibi İradə İbrahimova deyib.

“Təəssüf ki, hələ də taxıl biçinindən sonra ərazilərə od vurulur və nəticədə bu cür yanğın hadisələri baş verir. Havaların isti və küləkli keçməsi ilə əlaqədar ETSN bir daha əhalini, fermerləri odla ehtiyatlı olmağa, taxıl biçinindən sonra ərazilərə od vurmamağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır”, – deyə İ.İbrahimova xəbərdarlıq edib.

Read more: https://sputnik.az/incidents/20190805/421389859/taxil-zemilerinde-yangin-turyancay-dovlet-qorugu.html