Azərbaycanda tələbələrə üçüncü doza vaksin məcburidir? – AÇIQLAMA

0
267

Azərbaycan Dillər Universitetində tələbələrdən üçüncü doza vaksin vurdumalarının tələb olunması ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb. 

Yayılan iddialarda tələbələrin buster dozanı vurmayacaqları təqdirdə universitetə buraxılmayacağı qeyd olunub.

Məsələ ilə bağlı Universitetdən bildirilib ki, təhsil müəssisələrində üçüncü doza vaksinin vurulması məcburidir, ancaq bu, inzibati-pedaqoji heyətə aiddir:

“Hazırda ADU-da üçüncü doza vaksinin tələbələrdən tələb olunması ilə bağlı məcburiyyət halları yoxdur. Üçüncü doza tələbələrə tövsiyə xarakteri daşıyır”.