Azərbaycanda təhsil ocağında zorakılıq iddiası: Bu dəfə təsdiqlənmədi – YENİLƏNİB

0
282

Abşeronda məktəbdə şagirdin döyülməsi barədə iddia təsdiqini tapmayıb.

Belə ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 2019-cu ildə baş vermiş narazılıq yeni məlumat kimi bu günlərdə gündəmə gətirilib.

Məktəbin müəllimi A.Məmmədova açıqlamasında məlumatın yayılmasında məktəb rəhbərliyini günahlandırıb: “Çünki ondan şikayət etmişəm, etdiyi qanunsuzluqlar üzə çıxıb”.

Döyüldüyü iddia edilən şagirdin valideyni G.Yusifova da  açıqlamasında onun məktəbdən və müəllimdən heç bir narazılığının olmadığını deyib:

“Heç bir narazılığım yoxdur. Biz direktor və müəllimin barışmasını istəyirik. 2019-cu ildə bizim ailəmizdə problemlər olduğu üçün övladım dərsə gedə bilməyib”.

Məktəbin direktoru Çinarə Atayevadan isə açıqlama almaq mümkün olmayıb.

10:52

Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.

Məktəbdəki mənbənin bildirdiyinə görə, buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.

İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi A.Məmmədova 2019-cu ildə E.A. adlı şagirdi fiziki şiddətə məruz qoyub. Elə həmin il şagirdin valideyni oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.

Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq ediblər.