Azərbaycanda Təhsil İdarəsi müəllimlərdən “haqq” tələb edir? – AÇIQLAMA

0
423

Bəzi saytlarda və sosial şəbəkələrdə Gəncə Şəhər Təhsil İdarəsinin orta məktəblərdə “pul yığma kampaniyası”na start verməsi barədə xəbər yayılıb.

İddia edilib ki, pandemiya tətili səbəbindən işə gəlmədikləri üçün müəllimlərdən pul vermələri tələb olunur. Səbəb kimi də onlardan onlayn dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilir. Bununla hər bir müəllimdən 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir.

Qurumdan bildirilib ki, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə müəllimlərdən pul yığılmağa başlanması ilə bağlı nazirliyə müraciət olunmayıb:

“Konkret faktlar olduğu təqdirdə, müvafiq qurumlara müraciət olunması məqsədəuyğundur”.