Yanvarın 31-i Tarif Şurasının növbəti iclası keçirilib. İclasda aiddiyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
“Azərsu” ASC tərəfindən Tarif Şurasına müraciət edilərək bildirilib ki, son illər ölkədə həyata keçirilən işlər nəticəsində “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının coğrafi miqyası, həmçinin fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində elektrik enerjisi xərcləri və digər xərclər artıb. Bütün bunlar nəticəsində isə artıq mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılır. Səhmdar cəmiyyət bildirib ki, xidmətin davamlılığının təmin edilməsi, kefiyyətinin yüksəldirməsi, eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir.
Məsələ tarif şurasının iclasında müzakirə olunub, əhali üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhəri və Abşeron royunu üzrə 70 qəpik, ölkənin digər regionları üzrə isə 60 qəpik səviyyəsində təsdiq edilib.
Həmçinin həmin iclasda ölkə üzrə əhaliyə göstərilən tullantı sularının axıdılması xidmətinin tarifi 30 qəpik səviyyəsində təsdiq edilib.
Bununla yanaşı, həmin iclasda Səhiyyə Nazirliyinin müraciəti əsasında dərman vasitələrinin dərman vasitələrinin ekspertiza tariflərinə də baxılıb.
Həmçinin 50 dərman vasitəsinin qiyməti təsdiq edilib.Bununla da Tarif Şurası tərəfindən təsdiq olunan dəsrman vasitələrinin sayı 12442 ədəd olub.