Azərbaycanda sürücülər üçün yeni tələb müəyyənləşdi

0
543

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün icbari formada keçirilən həkim müayinələrinin sayı artırılıb.
Bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyası “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib.
Bu dəyişikliyə uyğun olaraq, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan şəxs 18 yaşından aşağı olduqda 2 ildə bir dəfə terapevt nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq qəbulu ilə yanaşı, pediatr qəbulundan da keçməli olacaq.