Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 000 000 manat və ya 60 faiz artaraq 6 400 000 000 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilən kollegiya iclasında deyib.
Onun sözlərinə görə, altı ayda sosial sığorta daxilolmalarının 7,8 faiz və ya 133 700 000 milyon manat artaraq 1 836 300 000 manat təşkil etdib. Həmçinin sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayının 95 300 nəfər artaraq 4 500 000 nəfərə çatıb.
Nazir Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirlərinin davam etdirildiyini, bu kateqoriyadan olan artıq 24 min şəxsin 33 min xidmətlə əhatə olunduğunu deyib.
Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 000-dək mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300-ü verilib. Bununla da indiyədək şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı 10 mini ötüb.
Sahil Babayev Vətən müharibəsində yaralanmış 109 qazinin 113 yüksək texnologiyalı protezlə təmin olunduğunu, ümumilikdə qazilərin sosial dəstəklə, reabilitasiya xidmətləri təminatı işinin getdikcə genişlənməsinin əsas fəaliyyət istiqaməti olduğunu vurğulayıb.
Nazir şəhid ailəsi üzvləri və qazilərdən ibarət olmaqla artıq 6800-dək şəxsin sosial dəstək çərçivəsində məşğulluq proqramları ilə əhatə edildiyini, o cümlədən 5 047 şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib.