Azərbaycanda sahibkarlara daha 117 milyon manat yardım göstərildi

0
365

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 2-ci mərhələ çərçivəsində 237 272 muzdlu işçini əhatə edən 23 188 vergi ödəyicisinə maliyyə dəstəyi göstərib. 

Sahibkarlara ümumilikdə 104,083 milyon manat ödənilib.

Bundan başqa, Nazirlər Kabinetinin fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 2-ci mərhələ çərçivəsində 50 148 fərdi (mikro) sahibkara 13,252 milyon manat maliyyə dəstəyi göstərilib.

Beləliklə, sahibkarlara ümumi ödənişin məbləği 117,335 milyon manat təşkil edib.