Azərbaycanda şəkər istehsalı 80 faizədək artıb

0
528

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda qida məhsullarınn istehsalı 2,259 milyard manata bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz çoxdur.

Hesabat dövründə içki istehsalında 44,9 faiz, tütün məmulatları istehsalında 32,2 faiz artım qeydə alınıb.

Ümumilikdə yanvar-avqust ayları ərzində qida, içki və tütün məmulatları sahəsində 2,656 milyard manat həcmində məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

Azərbaycanda qida məhsulları, içki və tütün məmulatlarının istehsalı (yanvar-avqust 2019 ):

Yanvar-avqust 2019-cu ildə istehsal olunub Yanvar-avqust 2018-ci illə müqayisə (faiz) 01.09.2019-cu ildə anbarlarda hazır məhsul
Ərzaq məhsulları
Ət (o cümlədən quş əti), min ton 213,2 102,7
Kolbasa məmulatları, ton 5191,7 146,5 3,2
Üzlü süd, min ton 630,2 102,8
Qaymaq və xama, ton 3 857,6 121,7
Pendir və kəsmik, ton 33 960,5 101,9 49,8
Kərə yağı, ton 15 743,6 99,5 3,7
Cem və marmelad, ton 56 405,5 112,5 7 045,1
Bitki yağı, ton 15 743,6 99,5 3,7
Marqarin, ton 56 405,5 112,5 7 045,1
Duz, min ton 45 110,3 1,4

Şəkər və şəkər tozu, min ton

190,1 177,8 13,8
Çörək və xəmir məmulatları, min ton 837,6 101,7
İçkilər
Şampan şərabı, min dekalitr 0,5 50 3,1
Araq, min dekalitr 1 223,9 4,1 dəfə 170,1
Brendi (konyak), min dekalitr 13,5 113,4 11,7
Şərab, min dekalitr 403,2 41,3 1004,1
Pivə, min dekalitr 3720 103,2 267,8
Likör, min dekalitr 181,9 2,7 dəfə 24,5
Alkoqolsuz içkilər, min dekalitr 19 270,1 115,5 589,2
Tütün məmulatları
Fermentləşdirilmiş tütün, ton 3 467,5 2,1 dəfə 1 064
Siqaret və papiros, milyon ədəd. 3 237 137 1,1