
Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.
Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.
Bununla belə, xüsusi karantin rejiminin müddətində – 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.