Azərbaycanda rus bölməsi üzrə siniflər bağlanır? – AÇIQLAMA

0
256

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

bu barədə nazir AzTV-də yayımlanan “Hədəf” proqramında bildirib.

Onun sözlərinə görə, ölkəmizdə rus bölməsi üzrə siniflərin bağlanması məsələsi müzakirə mövzusu deyil:

“Hazırda ölkəmizdə tədrisi başqa dillərdə aparılan məktəblərin I siniflərinə şagird qəbulu prosesi davam etdirilir”.