Azərbaycanda qatar iki qadını vurdu

0
262

Şəmkirdə qatar iki nəfəri vurub.

 hadisə Bakı-Gürcüstan dəmiryolu xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıblar.

Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb.

Yaralılar ağır xəsarətlər alıb və xəstəxanaya aparılıblar. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.