Azərbaycanda qanunsuz ov edən ərəblər ölkədən deportasiya edilib – RƏSMİ

0
419

“2021 il Azərbaycanda qanunsuz ov edən 37 əcnəbi cərimələnib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti Körfəz ölkələrindən gələnlər olub.

O qeyd edib ki, qanunsuz ov edən bir neçə əcnəbi ölkədən deportasiya edilib.

H.Əlizadə əlavə edib ki, Azərbaycan Təbiət və Ov Turizm Assosiasiyası qeydiyyatdan keçib: 

“Həmin təşkilat bizimlə əməkdaşlıq edəcək. Onlardan gözləntilərimiz çoxdur”.