Azərbaycanda qadınların maaşı ARTIRILACAQ

0
206

2026-cı ilə qədər Azərbaycanda qadınların orta aylıq əmək haqqının kişilərin orta aylıq əmək haqqına nisbətinin minimum 80 %-ə çatdırılması nəzərdə tutulub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda bildirib.

“Bu gün ölkədə qadın əməyinin dəyərinin yüksəldilməsi əsas prioritetlərdən biridir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dinamik, inkluziv cəmiyyətdə sosial ədalətin təmin olunması üçün qadın əməyinin düzgün qiymətləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Qadınların sahibkarlıq mühitində inkişafı, maliyyə əlçatanlığı, elektron xidmətlərdən yararlanmasına geniş imkanların yaradılması hədəflənib. Bu, həm cəmiyyətdən, həm də dövlət orqanlarının qarşılıqlı fəaliyyətindən asılı olan məsələdir”, – deyə S.Musayeva əlavə edib.