Azərbaycanda prokuror və köməkçisi nöqsanlara görə işdən çıxarıldı

0
645


Azərbaycanda prokuror və köməkçisi nöqsanlara görə işdən çıxarıldı

Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb.

Rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev işində yol verdiyi nöqsanlara görə vəzifələrindən azad edilib.

Xatırladaq ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində işləyib. O, 2015-ci ildə Bərdə rayonuna təyinat alıb.