Quba Mülki Müdafiə Qoşunlarının komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.
İş Bakı Hərbi məhkəməsinin hakimi Aslan Kalbalıyevin icraatındadır.
Polkovnik E.Nəzərova Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə A.Əliyev zərərçəkmiş şəxs qismində çıxış edir.