Azərbaycanda polis polkovniki vəfat etdi – FOTO

0
359

Azərbaycanda polis polkovnik-leytenantı vəfat edib.

Bu barədə onun ailə yaxınları məlumat verib.

Qeyd edilib ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən polis polkovniki Qədirov Maksim Süleyman oğlu bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, Qədirov Maksim 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.

Xidməti illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.