Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu artırılır

0
180

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq.

Bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Qeyd edilib ki, növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub. Bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.