Bu ilə ərzində Azərbaycanda övladlığa verilən uşaqların sayı məlum olub.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev bildirib.
O qeyd edib ki, bu il ölkədə 41 uşaq övladlığa verilib:
“Bununla iş bitmir. Övladlığa verilən uşağın sonrakı vəziyyəti barədə də davamlı monitorinqlər aparılır”.
Sədr müavini əlavə edib ki, hazırda Azərbaycanda övladlığa götürmə ilə bağlı süründürməçilik və bürokratik əngəllər yoxdur.