Azərbaycanda ötən ay uşaqlara ən çox hansı adlar qoyulub? – SİYAHI

0
438
Smiling babies on floor

Azərbaycanda ötən ay ərzində dünyaya gələn körpələrə qoyulan adlar arasında Yusif, Uğur, Hüseyn adları üstünlük təşkil edib. 

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, noyabrda doğulan oğlan uşaqlarına ən çox qoyulan adlar arasında Yusif, Uğur, Hüseyn, Əli, Ömər, Məhəmməd, Murad, Raul, Ayxan və Adəm adları yer alıb.

Qız uşaqlarına isə daha çox Zəhra, Zeynəb, Məryəm, Mələk, Fatimə, Aylin, Nuray, Nilay, İnci və Dəniz kimi adlar verilib.